United Alliance Group”un “Həftədə bir qayda” rubrikası “Dənizdə Toqquşmaların Qarşısının Alınmasına dair Beynəlxalq Qaydalar haqqında 1972-ci il Konvensiyası” Qayda 2-ni təqdim edir

422

Qayda 2.Məsuliyyət (a) Mövcud Qaydalarda heç nə, nə gəmini, nə onun sahibini, nə kapitanı, nə də heyət üzvüləri bu qaydaların yerinə yetirilməməsi və ya bu qaydaların hər hansı bir tələbinə etinasızlıq göstərilməsi və ya adi dənizçi təcrübəsinin tələblərinə uyğun olaraq, və ya mövcud vəziyyətin xüsusi şəraitlərinə əsasən yerinə yetirilməsi lazım olan ehtiyat tələblərinə etinasızlıq səbəbindən baş vermiş hadisənin nəticəsinin məsuliyətindən azad etmir. (b) Bu Qaydaların tələblərini yerinə yetirərkən və tətbiq edərkən bütün naviqasiya və toqquşma təhlükələrinə və istənilən xüsusi hallara, iştirakçı gəmilərin özlərinin məhdudiyyətləri də nəzərə alınmaqla, birbaşa toqquşma təhlükəsinin qarşısını almaq üçün bu Qaydaların tələblərindən kənara çıxmaq məcburiyyətinin yarada bilməsi halların olmasına müvafiq diqqət yetirilməlidir.