Dənizdə Toqquşmaların Qarşısının Alınmasına dair Beynəlxalq Qaydalar haqqında Konvensiya,Qayda 7-8

384

“United Alliance Group”un “Həftədə bir qayda” rubrikası “Dənizdə Toqquşmaların Qarşısının Alınmasına dair Beynəlxalq Qaydalar haqqında 1972-ci il Konvensiyası” 7 və 8-ci Qaydanı təqdim edir.

Təhlükəsiz sürət Hər bir gəmi hər zaman təhlükəsiz sürətlə hərəkət etməlidir ki, toqquşma təhlükəsinin aradan qaldırılması üçün düşünülmüş və effektli tədbir görə bilsin və mövcud şəraitə və vəziyyətə uyğun olaraq tələb olunan müəyyən məsafə həddində dayandırılsın. Təhlükəsiz sürəti təyin edərkən aşağıdakı faktorlar nəzərə alınmalıdır:

(a) Bütün gəmilər tərəfindən:

(i) görünmə şəraiti;

(ii) balıqçı və ya digər gəmilərin toplandığı (cəmlənməsi) halı da daxil olmaqla hərəkətin sıxlığı;

(iii) gəminin manevr etmə imkanı və xüsusən gəminin tam dayandırılması üçün zəruri məsafə və üstün vəziyyətinə görə gəminin dönmə qabiliyyəti;

(iv) gecə sahil işıqlarından, eləcə də öz məxsusi işıqlarının yayılmasından əmələ gələn işıq fonunun mövcudluğu;

(v) küləyin, dənizin, axıntının vəziyyəti və naviqasiya təhlükələrinin yaxınlığı;

(vi) mövcud dərinliklərlə gəminin suya oturumu arasında olan mütənasiblik;

(b) Radardan istifadə edən gəmilər əlavə olaraq:

(i) radar qurğusunun xarakteristikası, effektivliyi və məhdudiyyətləri;

(ii) istifadə olunan radarların uzaqlıq şkalasından irəli gələn hər cür məhdudiyyətləri;

(iii) radar aşkarlanmasına dənizin vəziyyətinin, meteoroloji faktorların və həmçinin digər maneə mənbələrinin təsiri;

(iv) radarın kiçik gəmiləri, buzu və digər üzən obyekləri zəruri məsafədə aşkar edə bilməməsinin mümkünlüyü;

(v) radarla aşkar edilmiş gəmilərin sayı, mövqeyi və hərəkəti;

(vi) radardan istifadə edərək yaxınlıqdakı hədəfə və ya digər gəmilərədək olan məsafəni ölçməklə, görmə məsafəsinin daha dəqiq qiymətləndirilməsinin mümkün olması.

Toqquşmanın qarşısının alınması üçün tədbirlər

(a) Toqquşmanın qarşısının alınması üçün görülən hər hansı bir tədbir bu hissənin qaydalarına müvafiq olmalı, əgər mövcud şərait imkan verirsə inamlı olmalı, öz vaxtında edilməli və yaxşı dənizçi təcrübəsinə əsaslanmalıdır.

(b) Toqquşmanın qarşısının alınması üçün əgər şərait imkan verirsə, kursun və ya sürətin dəyişməsi kifayət qədər böyük olmalıdır ki, o onu vizual və radar vasitəsi ilə izləyən digər gəmilərdə asanlıqla aşkar olunsun; sürət və / və ya kursun ardıcıl kiçik dəyişmələrindən çəkinilməlidir (çəkinmək) lazımdır.

(c)Əgər kifayət qədər su hövzəsi varsa, yalnız kursun dəyişməsi gəmilərin bir-birinə burun tərəfdən çox yaxınlaşmasının qarşısının alınması üçün ən effektli tədbir ola bilər, o şərtlə ki, kursun dəyişməsi vaxtında edilsin, əsaslı olsun və digər gəmilərə burun tərəfdən yaxınlaşma təhlükəsi yaratmasın.

(d) Digər gəmi ilə toqquşmanın qarşısının alınması üçün görülən tədbir elə olmalıdır ki, həmin gəminin digər gəmi ilə təhlükəsiz bir məsafədə sovuşması ilə nəticələnsin. Bu tədbirin effektivliyi digər gəmi tam və təmiz keçilib arxada qalanadək diqqətlə nəzarətdə saxlanılmalıdır.

(e) Əgər toqquşmanın qarşısının alınması üçün və ya vəziyyəti qiymətləndirmək üçün çox vaxt əldə etmək zərurəti yaranarsa, gəmi sürətini azaltmalı və ya öz hərəkətvericilərini dayandırmaqla və yaxud da geriyə hərəkət verməklə tam dayandırmalıdır.

(f) (i) Qaydaların hər hansı birinin tələbi ilə başqa bir gəminin keçməsinə və ya təhlükəsiz keçməsinə mane olmamalı olan gəmi digər gəminin təhlükəsiz keçişinə lazım olan kifayət qədər su sahəsi vermək üçün erkən tədbirlər görməlidir.

(ii) Başqa bir gəminin keçməsinə və ya təhlükəsiz keçməsinə mane olmamalı olan gəmi yaxınlaşan gəmi ilə əgər toqquşma təhlükəsi yaranarsa, tədbir görən zaman bu qaydaların tələblərindən irəli gələn tələbləri tam nəzərə almalıdır.

(iii) Əgər iki gəmi yaxınlaşarsa və toqquşma təhlükəsi yaranarsa, keçməsinə və ya təhlükəsiz keçməsinə mane yaratmamalı (olunmamalı) olan gəmi bu hissənin qaydalarının tələblərinin tam yerinə yetirilməsinə əməl etməyə məcburdur.