SOCAR və “AD Ports Group”şirkəti əməkdaşlıq perspektivlərini müzakirə edib

329

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “AD Ports Group” şirkəti arasında keçirilən görüşdə neft və neft-kimya məhsullarının logistikası üzrə əməkdaşlıq perspektivləri müzakirə edilib.

“Report” bu barədə SOCAR-a istinadən xəbər verir.

Məlumata görə, tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıb.