“United Alliance Group”un ənənəvi layihəsi olan dənizçilər üçün keçirilən “Açıq qapı”bu gün başa çatıb.

452

“United Alliance Group”un ənənəvi layihəsi olan dənizçilər üçün keçirilən “Açıq qapı”bu gün başa çatıb.

3 gün ərzində 50-dən çox dənizçinin qatıldığı görüşdə şirkətin partnyorluq etdiyi “GN Group” şirkətinin insan resursları departamentinin direktoru Kapitan R. Erkan Erecek və “United Alliance Group” un Türkiyədəki nümayəndəsi Kapitan Əli Əliyev, “Liman Sığorta və Təkrarsığorta Brokeri” şirkətinin biznesin inkişafı üzrə meneceri Turan Hüseynov, “Polaris Travel” şirkətinin direktoru Elza Musayeva iştirak edərək dənizçilərlə təcrübələrini bölüşüb və onları maraqlandıran sualları cavablandırıblar.

Görüşdə açıq vakansiyalar üzrə şirkət tərəfindən dənizçilərin göndərdikləri CV nümunələrinin mərhələli şəkildə nəzərdən keçirilərək dəyərləndirildiyi nəzərə çatdırılıb.

⚓“Açıq qapı”da iştirak edən dənizçilərlə birbaşa görüşün mövcud vakansiyalar üzrə seçimlərin aparılmasında perspektivin daha yüksək olacağı bildirilib.

“Açıq Qapı” çərçivəsində dənizçilik sahəsi üzrə çətin və məsuliyyətli yoldan bəhs edən R.Erkan Erecek bu sahədə qazandığı təcrübə prosesi, peşə fəaliyyəti barədə fikirlərini dənizçilərlə bölüşüb. Bu mənada işə məsuliyyət, daim öz üzərində işləmək, müntəzəm olaraq bilikləri artırmağın rolunu, iş rejiminə əməl edilməsinin əhəmiyyətini vurğulayıb. Xüsusilə də ilk dəfə gəmidə fəaliyyət göstərəcək sıravi heyət mütəxəssisləri ilə tövsiyyələrini bölüşərək gəmidəki iş rejimində etik prinsiplərin önəmini, bunun peşəkar iş fəaliyyətində zərurətini qeyd edib. “United Alliance Group” və “GN Group”un birgə dənizçilərin iş fəaliyyətində səmərəliliyinin artırılması məqsədi ilə yaratdığı imkanlar barədə ətraflı məlumat verib.

⚓Görüş zamanı Ə.Əliyev dənizçilərin Beynəlxalq Ticarət Gəmiçilik bayrağı altında üzən gəmilərdə işə düzəlmə prosesində təmənnasız vasitəçilik(crewing) xidmətindən bəhs edərək hazırda mövcud olan iş vakansiyaları barədə məlumat verib. CV doldurarkən diqqət edilməli məqamlara aydınlıq gətirərək doğru CV doldurulması qaydasını əyani olaraq izah edib.

“United Alliance Group”da ödənişsiz CV hazırlanma xidmətini də dənizçilərin diqqətinə çatdırıraraq dünya dənizçilik şirkətlərinin beynəlxalq standartlarına uyğun ödənişsiz CV hazırlama xidmətindən yararlanıb peşəkar dənizçi CV-ni əldə edə biləcəklərini qeyd edib.

⚓O bildirib ki, ödənişsiz CV hazırlama xidməti dənizçilərə bu sahədə şəffaflığın təmin edilməsi, aparılan işin səmərəliliyinin artırılması, peşə fəaliyyətinin daha da yaxşılaşdırılması məqsədilə həyata keçirilir.

Görüş zamanı “Liman Sığorta və Təkrarsığorta Brokeri” şirkətinin biznesin inkişafı üzrə meneceri Turan Hüseynov şirkət və sığorta brokeri haqqında ətraflı məlumat verərək dənizçilər üçün yaradılan sığorta imkanlarından bəhs edib, sığorta sahəsində dənizçiləri maraqlandıran suallara aydınlıq gətirib. Eyni zamanda sığorta brokerliyi xidmətinin üstünlüyü və dənizçilər üçün hazırlanmış sığorta məhsulları, icbari sığorta paketləri barədə ətraflı məlumat verib.

⚓“Polaris Travel”MMC şirkətinin fəaliyyəti haqqında dənizçilərə məlumat verən şirkətin direktoru Elza Musayeva şirkətin aviabilet satışı və tur təşkilində dənizçilərə özəl təkliflərdən, bəhs edib. Qeyd edib ki, dənizçilərə Azərbaycandan digər ölkələrə səfər zamanı viza dəstəyi də göstəriləcək.

Sonda dənizçilərlə geniş fikir mübadiləsi aparılıb, onların diqqətini çəkən məqamlara aydınlıq gətirilib.

Qeyd edək ki, “Açıq qapı” layihəsi çərçivəsində “United Alliance Group”da dənizçilərlə mütəmadi olaraq bu kimi görüşlər keçiriləcək.

#unitedalliancegroup#gngroupcorporation#polaristravel#limaninsurancebroker

📌Bizi bütün sosial şəbəkələrdə izləyin.

🔗Whatsapp: https://unitedalliancegroup.com/az/page/whatsapp

🔗Telegram: https://unitedalliancegroup.com/az/page/telegram

🔗Facebook : https://unitedalliancegroup.com/az/page/facebook

🔗Instagram : https://unitedalliancegroup.com/az/page/instagram

🔗Linkedin : https://unitedalliancegroup.com/az/page/linkedin

🔗Tiktok : https://unitedalliancegroup.com/az/page/tiktok