Boğazda gərginlik: hücum iddiası

67

Cənubi Koreyanın Xarici İşlər Nazirliyi Hörmüz boğazı bölgəsində ölkə bayrağı altında üzən gəmidə partlayış və ardınca yanğın hadisəsinin baş verdiyini açıqlayıb.

“Yonhap” agentliyinin məlumatına görə, hazırda hadisənin səbəbləri və yaranan ziyanın miqyası araşdırılır. Rəsmi Seul eyni zamanda gəminin hərbi zərbəyə məruz qalması ilə bağlı yayılan məlumatları da yoxlayır.

İlkin mərhələdə insidentin təfərrüatları və mümkün səbəbləri dəqiqləşdirilir.