Hörmüz iddiası rədd edildi

74

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ hərbi komandanlığının ticarət gəmilərinin Hörmüz boğazından keçməsi ilə bağlı səsləndirdiyi iddiaları təkzib edib.

İranın dövlət teleradio şirkəti IRIB-ə istinadən yayılan bəyanatda bildirilib ki, son saatlar ərzində Hörmüz boğazından heç bir ticarət gəmisi və ya tanker keçməyib.

SEPAH açıqlamasında ABŞ rəsmilərinin irəli sürdüyü məlumatların “əsassız və dezinformasiya xarakterli” olduğu qeyd olunub.