Fransa gəmisi yenə “qaranlıq keçid” etdi

87

Fransanın “CMA CGM SA” şirkətinə məxsus “CMA CGM Saigon” adlı konteyner gəmisi Hörmüz boğazından keçə bilib.

“CMA CGM Saigon” fevralın sonlarında İran-ABŞ müharibəsinin başlamasından bəri Hörmüz boğazından keçən Qərbi Avropa ilə əlaqəli nadir gəmidir. Gəminin bölgədəki radarlardan yayınmaq üçün transponderləri söndürərək hərəkət etdiyi bildirilir.

Gəmi izləmə məlumatlarına görə, 1700 TEU tutuma malik “CMA CGM Saigon” gəmisi mayın 5-də Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) sahillərində görüldükdən sonra radarlardan itib. Gəmi mayın 7-də Oman sahillərində yenidən siqnal verib və Şri-Lankadakı Kolombo limanına hərəkət etdiyini təsdiqləyib.

Qərbi Avropa mənşəli gəmilərin əksəriyyəti müharibə başlayandan bəri bölgədən uzaqda qalsa da, “CMA CGM Saigon” aprelin əvvəlində də oxşar əməliyyatı uğurla həyata keçirib.