Autizmli uşaqlar üçün təşkil olunan qrup gəmi-muzeylə tanış olub

88

“Sağlam Həyatın Təbliği” İctimai Birliyinin autizmli uşaqlara dəstək qrupu ASCO-nun “Suraxanı” gəmi-muzeyinin qonağı olub.

Ekskursiya zamanı uşaqlara gəmi-muzeyin tarixi və burada nümayiş olunan eksponatlar barədə ətraflı məlumat verilib. Balaca ziyarətçilər gəminin müxtəlif bölmələri ilə yaxından tanış olub, həmçinin interaktiv oyunlarda iştirak ediblər.

Ziyarətin əsas məqsədi uşaqların asudə vaxtının səmərəli təşkili, onların sosial inteqrasiyasına dəstək göstərilməsi və maarifləndirici mühitdə maraqlı və faydalı vaxt keçirmələrinə şərait yaratmaq olub.

Bu təşəbbüs ASCO-nun Korporativ Sosial Məsuliyyət istiqamətində həyata keçirdiyi fəaliyyətlər çərçivəsində reallaşdırılıb.

ASCO#Suraxanı gəmi muzeyi#