İnsansız tədqiqat dənizə çıxdı

90

“Woolpert” şirkəti Florida ştatının Pensakola sahillərində ABŞ Milli Okean və Atmosfer Administrasiyası (NOAA) üçün tam pilotsuz rejimdə ilk ofşor hidroqrafik tədqiqatlara başlayıb.

“Chance Maritime” tərəfindən hazırlanan bir neçə pilotsuz suüstü vasitənin (USV) iştirakı ilə keçirilən bu missiya çərçivəsində 4770 kvadratkilometrdən çox ərazidə yüksək dəqiqlikli məlumatların toplanması nəzərdə tutulur.

Tədqiqatın əsas məqsədi dəniz dibindəki təhlükələri müəyyən etmək, naviqasiya xəritələrini yeniləmək və “Deepwater Horizon” neft sızması zamanı zərər görmüş dərin dəniz mərcanları və ekosistemlərinin bərpasına dəstək verməkdir.

Layihə çərçivəsində istifadə olunan pilotsuz gəmilər “Starlink” peyk rabitəsi vasitəsilə məlumatları bulud serverinə yükləyir, burada isə onlar “Woolpert”in avtomatlaşdırılmış sistemi tərəfindən emal edilir. Bir neçə ay davam edəcək bu missiyada hidroqraflar müxtəlif vaxt qurşaqlarından qoşularaq tədqiqatları fasiləsiz idarə edirlər.

Seanews.az