Hörmüzdə “səssiz” tanker hərəkəti

143

Mayın ilk ongünlüyündə İraq neftini daşıyan üç tanker İran tərəfindən mümkün hücumlardan yayınmaq məqsədilə Hörmüz boğazından izləmə sistemləri söndürülmüş vəziyyətdə keçib.

“Reuters”in yaydığı məlumata görə, iki çox böyük neft tankeri (VLCC) – “Agios Fanourios I” və “Kiara M” – mayın 10-da hər biri təxminən 2 milyon barel İraq nefti daşıyaraq transponderləri deaktiv edilmiş halda boğazdan keçib.

Məlumata əsasən, “Agios Fanourios I” mayın 26-da Vyetnamdakı “Nghi Son” neft emalı və neft-kimya kompleksinə doğru yola düşüb. Tanker daha əvvəl aprelin 17-də “Basrah Medium” markalı neftlə yükləndikdən sonra iki dəfə Hörmüz boğazından keçə bilməyib.

Bundan əlavə, mayın 1-də “Basrah Energy” adlı VLCC tankerinin də 2 milyon barel neftlə eyni qaydada – izləmə sistemi söndürülmüş halda boğazdan keçdiyi bildirilib.