Yelkənçilərimiz beynəlxalq arenada

319

Azərbaycan təmsilçiləri Türkiyənin Marmaris şəhərində keçirilən yelkən idmanı üzrə “Lorima Cup” beynəlxalq reqatasında iştirak ediblər.

Azərbaycan Avarçəkmə Federasiyasından verilən məlumata görə, yarışda ölkəmizi “Xəzər” Yelkən Qayıqları İdman Klubu təmsil edib.

Komanda turnirdə 8 nəfərlik heyətlə mübarizə aparıb.

Reqatanın yekun nəticələrinə əsasən, Azərbaycan komandası ümumi sıralamada 8-ci yeri tutub.

REPORT.AZ