Gəmiqayırma sahəsində kadr hazırlığı proqramı uğurla yekunlaşıb

184

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi ilə Bakı Gəmiqayırma Zavodunun birgə əməkdaşlığı çərçivəsində təşkil edilən qaynaqçı peşə hazırlığı kursu uğurla başa çatıb.

38 gün davam edən təlim proqramı müddətində iştirakçılar nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlara da yiyələnərək beynəlxalq standartlara uyğun qiymətləndirilib.

Layihə çərçivəsində ilk dəfə olaraq praktiki imtahan “American Bureau of Shipping (ABS)” təşkilatının nəzarəti və “CNco Ltd” nümayəndələrinin iştirakı ilə həyata keçirilib.

Təlimin əsas məqsədi beynəlxalq standartlara cavab verən peşəkar kadrların hazırlanması, onların sertifikatlaşdırma imkanlarının genişləndirilməsi və gəmiqayırma sənayesində ixtisaslı işçi qüvvəsinin gücləndirilməsidir.

BAKUSHIPYARD.