18 May – Beynəlxalq Muzeylər Günüdür

98

Hər il 18 may tarixi dünyada Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur. Bu əlamətdar gün muzeylərin cəmiyyətin mədəni həyatındakı rolunu vurğulamaq, tarixi irsin qorunması və gələcək nəsillərə çatdırılmasının əhəmiyyətini diqqətə çatdırmaq məqsədi daşıyır.

Beynəlxalq Muzeylər Günü 1977-ci ildə Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə təsis olunub. Bu gün münasibətilə dünyanın bir çox ölkələrində sərgilər, maarifləndirici tədbirlər, açıq qapı günləri və müxtəlif mədəni layihələr təşkil edilir.

Muzeylər xalqın tarixini, milli-mədəni irsini, adət-ənənələrini və mənəvi dəyərlərini yaşadan mühüm elm və mədəniyyət ocaqlarıdır. Azərbaycanda da muzey işi dövlətin diqqət və qayğısı ilə inkişaf etdirilir, zəngin tarixi irsimizin qorunması və təbliği istiqamətində mühüm addımlar atılır.

ASCO #SurakhaniShipMuseum #WorldMuseumDay #BeynəlxalqMuzeylərGünü #ICOM