Xanım dənizçilərimizlə qürur duyuruq!

156

Əziz xanımlar!

Sizi 18 May – Beynəlxalq Dənizçi Qadınlar Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı və peşəkar fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

ASCO-nun həm üzən heyətində, həm də sahil strukturlarında çalışan xanımlarımız öz peşəkarlığı, məsuliyyəti və sadiqliyi ilə milli gəmiçiliyimizin inkişafına mühüm töhfələr verirlər. Dənizçilik kimi çətin və fədakarlıq tələb edən bir sahədə nümayiş etdirdiyiniz əzmkarlıq hər birimiz üçün qürurvericidir.

Əminəm ki, bilik və bacarığınızla gələcək nailiyyətlərimizdə də dəyərli rolunuzu qoruyub saxlayacaqsınız.

Bir daha hər birinizi təbrik edir, sizə sevinc dolu günlər və tükənməz enerji arzulayıram.

Bayramınız mübarək!

Hörmətlə,

Əfqan Cəlilov

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin İdarə Heyətinin sədri

#ASCO