Gəmiçilikdə ekoloji transformasiya müzakirə olunub

94

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13 Azerbaijan) çərçivəsində AZCON Holding-in stendində ASCO tərəfindən “Gəmiçilik sektorunun şəhərlərin karbon izinin azaldılmasındakı rolu” mövzusunda infosessiya təşkil olunub.

Sessiyada ekoloji dayanıqlı dəniz daşımaları, enerji səmərəliliyi, yaşıl texnologiyalar və innovativ əməliyyat yanaşmalarının şəhərlərin davamlı inkişafına töhfəsi barədə təqdimatlar keçirilib.

Tədbirdə bildirilib ki, müasir gəmiçilik sektoru yalnız yükdaşımaları ilə məhdudlaşmır, eyni zamanda karbon emissiyalarının azaldılması və ekoloji cəhətdən dayanıqlı nəqliyyat həllərinin tətbiqində mühüm rol oynayır.

İştirakçılar ASCO-nun “yaşıl” transformasiya istiqamətində həyata keçirdiyi layihələr və gələcək inkişaf hədəfləri ilə də tanış olublar.

#AZCON#ASCO