ABŞ bölgəyə lazer silahlı esmineslər göndərib

162

ABŞ Hərbi Dəniz Qüvvələri İranın cənub-şərqində yerləşən Ərəbistan dənizinə lazer silahı ilə təchiz olunmuş iki raket esminesi yerləşdirib.

Bu barədə “The War Zone” nəşri ABŞ donanmasının nümayəndəsinə istinadla məlumat yayıb.

Məlumata görə, ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasına daxil olan “USS Spruance” və “USS John Finn” esminesləri ODIN (Optical Dazzling Interdictor, Navy) lazer sistemi ilə təchiz edilib.

Sistem hücum pilotsuz uçuş aparatlarının idarəetmə və müşahidə imkanlarını sıradan çıxarmaq, həmçinin düşmənə məxsus gəmi, sualtı qayıq və təyyarələrin sensor və kamera sistemlərini kor etmək üçün nəzərdə tutulub.