Karib dənizində ABŞ hərbi aktivliyi artır

174

ABŞ-nin Cənub Komandanlığı (SOUTHCOM) Hərbi Dəniz Qüvvələrinə məxsus aviadaşıyıcı zərbə qrupunun Karib dənizinə daxil olduğunu açıqlayıb.

Bu barədə məlumat SOUTHCOM-un “X” sosial şəbəkəsindəki rəsmi hesabında paylaşılıb.

Məlumata görə, bölgəyə “USS Nimitz” aviadaşıyıcısı və onun rəhbərlik etdiyi zərbə qrupu göndərilib. Komandanlıq sözügedən qrupun müxtəlif regionlarda döyüş hazırlığını və əməliyyat imkanlarını nümayiş etdirdiyini vurğulayıb.

Paylaşımda “USS Nimitz aviadaşıyıcı zərbə qrupu, Karib dənizinə xoş gəldin!” ifadəsi yer alıb.

Bu hərbi aktivlik Kuba hökumətinin ABŞ-nin Raul Kastroya qarşı ittihamlarını sərt tənqid etməsindən sonra baş verib.