ADDA nümayəndə heyəti Piri Reis Universitetində olub

88

Türkiyədə işgüzar səfər çərçivəsində Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) nümayəndə heyəti 18 may 2026-cı il tarixində Piri Reis Universitetində (PRU) olub.

ADDA nümayəndə heyətini PRU-nun rektoru Prof. Dr. Nafiz Arıca və universitetin rəhbərliyi qarşılayıb. Görüşdə iki ali təhsil müəssisəsi arasında dənizçilik təhsili, elmi-tədqiqatlar və beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunub.

Nafiz Arıca universitetin inkişaf modeli, “işə yönəlik təhsil” konsepsiyası və süni intellekt strategiyası barədə məlumat verib, əməkdaşlığın praktiki və dayanıqlı nəticələrə yönəlməsinin vacibliyini vurğulayıb.

ADDA-nın rektoru vəzifəsini icra edən Eldar Qocayev akademiyanın fəaliyyəti və beynəlxalq əməkdaşlıq prioritetləri barədə məlumat verərək tələbə-müəllim mübadiləsi, ikili diplom proqramları və birgə elmi layihələrin əhəmiyyətini qeyd edib.

Görüşdə həmçinin təhsil və elmi göstəricilər, beynəlxalq nəşrlər və dənizçilik sahəsində ortaq tədqiqat imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Səfər PRU-nun dənizçilik infrastrukturu ilə tanışlıq və xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.

#ADDA