Dəniz təhsili üzrə Türkiyə ilə yeni əməkdaşlıq mərhələsi

185

Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) nümayəndə heyəti Türkiyəyə səfər çərçivəsində Yıldız Teknik Universitetində (YTÜ) görüş keçirib.

Görüş YTÜ-nün Gəmi İnşaatı və Dənizçilik Fakültəsində baş tutub. Tərəflər arasında akademik əməkdaşlığın genişləndirilməsi, müəllim-tələbə mübadiləsi, birgə elmi layihələr və yay-qış məktəblərinin təşkili məsələləri müzakirə olunub.

Görüşdə çıxış edən ADDA-nın rektor əvəzi Eldar Qocayev əməkdaşlığın praktik nəticələrə yönəlməsinin vacibliyini vurğulayıb. YTÜ rektoru Eyüp Debik isə tərəfdaşlığın real elmi və tədris nəticələri yaratmalı olduğunu bildirib.

Görüş çərçivəsində tərəflər arasında əməkdaşlığa dair memorandum imzalanıb. Həmçinin professor-müəllim mübadiləsi, ortaq elmi rəhbərlik və birgə nəşrlər üzrə ilkin razılaşmalar əldə olunub.

Səfər zamanı ADDA nümayəndə heyəti universitetin simulyatorları, laboratoriyaları və tədqiqat mərkəzləri ilə də tanış olub.

#ADDA