Akademiyada bayram ab-havası

130

Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) və Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin birgə təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş “Zəfərə aparan hürriyyət” adlı tədbir keçirilib.

Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

ADDA-nın Tədrisin təşkili və idarəedilməsi üzrə prorektoru İradə Süleymanova çıxışında Müstəqillik Gününün Azərbaycan tarixində xüsusi yer tutduğunu vurğulayaraq milli dövlətçilik ənənələrinin qorunmasının və vətənpərvərlik ruhunun gənclər arasında təbliğinin vacibliyindən danışıb.

Tədbir çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının fəaliyyəti və Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycanın inkişafındakı xidmətlərinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Daha sonra konsert proqramı təqdim olunub. Akademiyanın tələbələri və qonaq iştirakçılar tərəfindən vətənpərvərlik mövzusunda musiqi nömrələri, ədəbi-bədii kompozisiyalar və rəqs çıxışları səsləndirilib.

Tədbir ADDA-nın himninin səsləndirilməsi və iştirakçılara təşəkkürün bildirilməsi ilə yekunlaşıb.

#ADDA