Tələbənin uğuru diqqət çəkdi

118

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi İnstitutunda 10 May – Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Dahilər tarix yazır” mövzusunda ali təhsil müəssisələri arasında yazı müsabiqəsi keçirilib.

15 ali təhsil müəssisəsinin iştirak etdiyi müsabiqənin məqsədi Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və gənc nəslə təbliği olub.

Müsabiqədə Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) “Gəmi sürücülüyü” fakültəsinin “Dəniz naviqasiyası mühəndisliyi” ixtisası üzrə I kurs tələbəsi Yaqub Şərifov iştirak edib. O, uğurlu çıxışı ilə III yerə layiq görülərək sertifikatla təltif olunub.

Bununla yanaşı, Yaqub Şərifov Daxili Qoşunların Hərbi İnstitutunda keçirilən “Cəmiyyətin inkişafında Azərbaycan gəncliyinin rolu və məsuliyyəti” mövzusunda elmi-praktik konfransda da məruzə ilə çıxış edib.

Konfrans Kursant Elmi Cəmiyyətinin təşkilatçılığı ilə gənclərin dövlətçilik dəyərlərinə bağlılığının, sosial məsuliyyətinin və elmi əməkdaşlığının təşviqi məqsədilə keçirilib.

#ADDA