Şimal dənizində konteyner gəmisi ilə balıqçı gəmisi toqquşub

169

Şimal dənizinin Niderland sektorunda kiçik balıqçı gəmisi ilə 230 min tonluq “Singapore Express” konteyner gəmisi toqquşub.

Hadisə mayın 21-də Tersxellinq adasının şimalında qeydə alınıb.

Məlumata görə, Rotterdam limanından Hamburqa istiqamət alan 24 min TEU tutumlu “Singapore Express” konteyner gəmisi ilə balıqçılıq fəaliyyəti göstərən “Stella Polaris” gəmisi kəsişən kursda hərəkət edərkən toqquşma baş verib.

Qəza nəticəsində balıqçı gəmisinin kapitan körpüsü ciddi zədələnib, gəminin burun hissəsində isə deformasiya yaranıb. Buna baxmayaraq, gəmi batmayıb və sonradan Harlinqen limanına yedəklənib.

Hadisə zamanı “Stella Polaris” gəmisinin bir heyət üzvünün yüngül xəsarət aldığı bildirilib. “Singapore Express” gəmisində isə hər hansı zərər qeydə alınmayıb.

Faktla bağlı araşdırma aparılır.

Seanews.az