Beynəlxalq Enerji Agentliyi (IEA), Beynəlxalq Valyuta Fondu (IMF), Dünya Bankı (WB) və Ümumdünya Ticarət Təşkilatının (WTO) rəhbərləri Hörmüz boğazında neft nəqlində yaranmış fasilələrlə bağlı birgə bəyanat yayıb.
Bəyanatda qeyd olunur ki, mövcud vəziyyət qlobal enerji təchizatı və iqtisadi sabitlik üçün ciddi risklər yaradır. Bildirilir ki, dünya üzrə neft ehtiyatları rekord sürətlə azalır və bu proses xüsusilə Şimal yarımkürəsində yay aylarında tələbatın artdığı dövrdə daha da kəskinləşə bilər.
Qurumlar xəbərdarlıq edir ki, təklif həcmləri normallaşmayana qədər ehtiyatların azalması yanacaq təhlükəsizliyinə, bazar sabitliyinə və qlobal iqtisadi dayanıqlığa mənfi təsir göstərə bilər.





