Konqo Demokratik Respublikasında balina ovlayan qayığın qayaya çırpılması nəticəsində ən azı 11 nəfər həlak olub.
İlkin məlumata görə, qəza zamanı qayıqda olan şəxslərdən 47 nəfər xilas edilib, bir neçə nəfərin isə itkin düşdüyü bildirilir. Hadisədən sonra əraziyə axtarış-xilasetmə qrupları cəlb olunub və itkin düşənlərin axtarışları davam etdirilir.
Qəzanın başvermə səbəbləri araşdırılır. Yerli hakimiyyət orqanları ölənlərin sayının artmasının istisna olunmadığını qeyd ediblər.





