“Aquanetix Performance Lab” üzgüçülük klubunun təşkilatçılığı ilə 28–29 may tarixlərində Bakı Su İdmanı Sarayında üzgüçülük yarışı keçirilib.
Yarışda Azərbaycan milli komandasının üzvləri də iştirak ediblər. İki yarış günü ərzində millimizin üzgüçüləri ümumilikdə 26 qızıl, 10 gümüş və 8 bürünc medal qazanıblar.
Turnir bir sıra əlamətdar nəticələrlə yadda qalıb. Belə ki, milli komandanın üzvü Fatimə Alkərəmova brass üsulu ilə 200 metr məsafədə 2016-cı ildən qüvvədə olan Azərbaycan rekordunu yeniləyib. Anastasiya Boborıkina isə 50 metr brass üsulunda yeni Azərbaycan rekorduna imza atıb.
Komandanın digər üzvü Məryəm Cavadova sərbəst üsulla 100 metr məsafədə çıxış edərək Azərbaycan Respublikasının idman ustası normativini yerinə yetirib.
Qeyd edək ki, yarışın nəticələri Azərbaycan üzgüçülərinin hazırlıq səviyyəsinin yüksəldiyini və ölkədə bu idman növünün inkişaf etdiyini bir daha nümayiş etdirib.
#ASF#AzeSwimming#SwimAze#Üzgüçülük










