Gəmidə günəş enerjisi sınağı

74

Təmiz enerji sahəsində fəaliyyət göstərən “MarineSolar” startapı “Rio Tinto” şirkətinə məxsus “RTM Cook” gəmisində “NanoDeck” adlı günəş enerjisi sisteminin sınaqlarını uğurla başa çatdırıb.

Şirkətin məlumatına əsasən, sistem bir neçə ay davam edən sınaq müddətində açıq dənizdə güclü dalğa və külək şəraitinə baxmayaraq fasiləsiz işləyib və əməliyyat məlumatlarını stabil şəkildə ötürüb.

“NanoDeck” gəmilərə sonradan quraşdırıla bilən fotovoltaik texnologiyadır. O, həm dənizdə hərəkət zamanı, həm də limanlarda əlavə enerji istehsal edərək yanacaq sərfiyyatının və karbon emissiyalarının azaldılmasına xidmət edir. İlkin nəticələr sistemin bunker yanacağı istehlakını azaltmaq potensialına malik olduğunu göstərir.

“MarineSolar” hazırda bu texnologiyanın alternativ hərəkət sistemləri və aşağı emissiyalı yanacaq həlləri ilə inteqrasiyası imkanlarını da araşdırdığını bildirib.

Seanews.az