Beş soydaşımızın həlak olduğu insidentin görüntüləri yayıldı – VIDEO

240

Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı, “Madyar” ləqəbli Robert Brovdi Azov dənizi akvatoriyasında yük gəmilərinə qarşı həyata keçirilən hücumları təsdiqləyib.

Denizxeber.az bildirir ki, Brovdi özünün “Telegram” kanalında paylaşdığı məlumatda Ukrayna Pilotsuz Sistemlər Qüvvələrinin Azov dənizinin şimal sahilində yerləşən limanlarda yük gəmilərinə zərbələr endirdiyini bildirib.

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, Azov dənizində iki yük gəmisi pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Hadisə nəticəsində göyərtəsində ümumilikdə 25 nəfər olan gəmilərdə beş Azərbaycan vətəndaşı həlak olub, digər ekipaj üzvləri isə xilas edilib.

Daha əvvəl yayılan məlumatlara əsasən, hücuma məruz qalan “Natra” və “Zirkon” quru yük gəmiləri xarici bayraqlar altında üzür və Azərbaycan dövlətinə məxsus deyil. Hər iki gəmidə çalışan ekipaj üzvləri fərdi qaydada işə götürülmüş Azərbaycan vətəndaşları olub.

Robert Brovdi paylaşımında hücum anlarını əks etdirdiyi bildirilən videogörüntüləri də yayımlayıb. Hadisə ilə bağlı araşdırmalar davam edir.