Azov dənizində iyunun 5-də yük gəmisinə pilotsuz uçuş aparatının (PUA) hücumu zamanı yaralanan Azərbaycan vətəndaşı Samir İbadzadə vəziyyətinin qənaətbəxş olduğunu bildirib.
Denizxeber.az APA-ya istinadən xəbər verir ki, hazırda Rusiyanın Yeysk Şəhər Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsində müalicə alan S. İbadzadə valideynlərinə və yaxınlarına müraciət edərək narahat olmamağa çağırıb.
“Hər şey yaxşıdır. Valideynlərim narahat olmasınlar”, – deyə o bildirib.
Qeyd edək ki, iyunun 5-nə keçən gecə Azov dənizində iki yük gəmisi pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Hadisə nəticəsində bir neçə Azərbaycan vətəndaşı həlak olub, yaralananlar isə xəstəxanalara yerləşdirilib. Hadisə ilə bağlı araşdırmalar davam edir.





