Bu gün Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günüdür

165

ASCO-da gəmilərin istismarı və sahil obyektlərinin fəaliyyəti zamanı ətraf mühitə təsirlərin minimuma endirilməsi prioritet istiqamətlərdən biridir. Bu məqsədlə tullantıların idarə olunması, emissiyaların azaldılması və ekoloji təhlükəsizlik tədbirlərinin gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır.

Denizxeber.az “Seanews.az”-a istinadən xəbər verir ki, Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində də ətraf mühitin mühafizəsinə yönəlmiş müxtəlif təşəbbüs və layihələr həyata keçirilir. Plastik tullantıların təbiətə vurduğu zərərin azaldılmasına diqqət çəkmək məqsədilə təşkil olunan “ART Plast” layihəsi bu istiqamətdə reallaşdırılan uğurlu təşəbbüslərdən biridir.

Təbiətin qorunması gələcək nəsillər qarşısında məsuliyyətimizdir. Ətraf mühitə həssas yanaşmaq, təbii sərvətlərdən səmərəli istifadə etmək və ekoloji tarazlığın qorunmasına töhfə vermək hər birimizin üzərinə düşən mühüm vəzifədir.

#AZCON #ASCO #Dənizçilər #ƏtrafMühit #WorldEnvironmentDay #Sustainability