Azərbaycan Xəzər dənizində su səviyyəsinin azalmasının qarşısının alınması məqsədilə sahilyanı ölkələrlə əməkdaşlığı genişləndirib.
Denizxeber.az Report-a istinadən xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov BMT-nin Ətraf Mühit Proqramı (UNEP) ilə tərəfdaşlıq çərçivəsində Bakıda keçirilən Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı məlumat verib.
Nazir bildirib ki, Azərbaycan Xəzəryanı ölkələrlə — Qazaxıstan, Türkmənistan və Rusiya ilə ikitərəfli işçi qruplar yaradıb.
Onun sözlərinə görə, bu çərçivədə Xəzərin səviyyə dəyişikliklərinin elmi əsaslarla araşdırılması, məlumat mübadiləsi, birgə monitorinq və uyğunlaşma tədbirlərinin hazırlanması nəzərdə tutulur.
Rəşad İsmayılov vurğulayıb ki, Xəzərin su səviyyəsinin azalması regional ekoloji təhlükəsizlik baxımından mühüm çağırışdır və bu istiqamətdə birgə fəaliyyət davam etdiriləcək.





