Həlak olan kapitanın həyat yoldaşı yaşadıqlarını bölüşdü – VİDEO

150

İyunun 5-də gecə saatlarında Azov dənizində dron hücumu nəticəsində zərər görən iki xarici yük gəmisindən birinin kapitanı, Azərbaycan vətəndaşı, Xaçmaz şəhər sakini Fuad Orucov olub.

Denizxeber.az Baku TV-yə istinadən xəbər verir ki, mərhumun həyat yoldaşı Aytən Orucova bildirib ki, Fuad Orucov 20 ildən artıq idi dənizçilik sahəsində çalışırdı.

Onun sözlərinə görə, hadisə zamanı kapitan gəmidəki heyət üzvlərinin xilas olunması üçün əlindən gələni etsə də, öz həyatını qurtara bilməyib.

“20 ildən artıqdır ki, dənizçi idi. Hadisə vaxtı gəmidəki hər kəsi xilas etsə də, özünü qoruya bilməyib. Evdə dörd övladı onun yolunu gözləyir”, – deyə Aytən Orucova bildirib.

Xatırladaq ki, iyunun 5-nə keçən gecə Azov dənizində “Natra” və “Zirkon” quru yük gəmilərinə pilotsuz uçuş aparatları ilə hücum edilib. Hadisə nəticəsində beş Azərbaycan vətəndaşı həlak olub, üç nəfər isə yaralanıb. Faktla bağlı araşdırmalar davam etdirilir.