Dənizçilikdə qadın uğuru

102

Uşaqlıqdan texnikaya olan marağı onu dənizçilik peşəsinə gətirib çıxaran Röya Ələkbərli bu gün ASCO-nun “Culfa” gəmisində 4-cü mexanik vəzifəsində çalışır.

Denizxeber.az bildirir ki, o, Azərbaycan üzrə mexanik sertifikatı almış ikinci qadın dənizçi kimi peşəkar karyerasını uğurla davam etdirir. Arzularının ardınca gedərək bu sahədə irəliləyən Röya Ələkbərli dənizçilikdə qadınların da uğur qazana biləcəyini göstərən nümunələrdən biridir.

Gənc dənizçinin hekayəsi onun peşəyə olan bağlılığını, davamlı inkişafını və çətin dəniz mühitində qazandığı təcrübəni əks etdirir.

“Culfa” gəmisinin IV mexaniki Röya Ələkbərli