Süveyşdə keçid haqları artır

74

Misirin Süveyş Kanalı İdarəsi (SCA) 15 iyul tarixindən etibarən əksər gəmi növləri üçün əlavə keçid rüsumlarının artırılacağını açıqlayıb.

Denizxeber.az bildirir ki, yeni qərara əsasən, kanal vasitəsilə keçən tanker, qazdaşıyan, balker və digər yük gəmilərinin xərcləri artacaq.

Əlavə rüsumlarda ən böyük artım neft və neft məhsulları daşıyan tankerlərə tətbiq olunacaq. Belə ki:

  • Yüklü tankerlər üçün əlavə rüsum 25%-dən 37%-ə yüksəldilir;
  • Boş tankerlər üçün bu göstərici 15%-dən 27%-ə çatdırılır;
  • LNG daşıyıcıları üçün əlavə ödəniş 7%-dən 19%-ə qaldırılır;
  • LPG daşıyıcıları və kimyəvi tanker gəmiləri üçün əlavə rüsum 20%-dən 32%-ə artırılır.

Bununla yanaşı, konteyner gəmiləri üçün əlavə rüsum 12% səviyyəsində saxlanılır, sərnişin gəmilərinə tətbiq olunan tariflərdə isə dəyişiklik nəzərdə tutulmur.

SCA qeyd edib ki, əlavə rüsumlar bazardakı vəziyyət və gəmiçilik sektorundakı dəyişikliklər nəzərə alınaraq gələcəkdə yenidən nəzərdən keçirilə, artırıla və ya ləğv edilə bilər.