ABŞ-nin Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı ilə bağlı yeni açıqlama yayıb.
Denizxeber.az bildirir ki, bəyanatda qeyd olunur ki, Hörmüz boğazı kommersiya gəmilərinin tranzit keçidi üçün açıqdır və İranın elan etdiyi blokada rejimini pozmayan bütün ticarət gəmiləri bu marşrutdan istifadə edə bilər.
CENTCOM-un məlumatına görə, boğazdan keçən gəmilər üçün təhlükəsiz hərəkət marşrutları müəyyən edilib və son iki ay ərzində yüzlərlə ticarət gəmisi təhlükəsiz şəkildə keçid edib.
Açıqlamada həmçinin vurğulanır ki, İran Hörmüz boğazına nəzarət etmir və beynəlxalq gəmiçilik hüququna uyğun olaraq tranzit hərəkət davam edir.
Eyni zamanda, ABŞ Silahlı Qüvvələrinin regionda mümkün təhdidlərə qarşı tam döyüş hazırlığı vəziyyətində olduğu da bildirilib.





