Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) milli komandası yüksək intizam və əzmkarlıqla gündəlik məşqlərini davam etdirir.
Denizxeber.az bildirir ki, su idmanı növləri üzrə hazırlıq prosesi planlı şəkildə həyata keçirilir və idmançıların fiziki dözümlülüyü, texniki bacarıqları və yarış hazırlığı mərhələli şəkildə gücləndirilir. Komanda üzvləri beynəlxalq yarışlara hazırlıq məqsədilə həm fərdi, həm də qrup məşqlərində iştirak edirlər.
Federasiya tərəfindən bildirilib ki, məqsəd idmançıların nəticələrini daha da yaxşılaşdırmaq və Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil etməkdir.
#ASF #AzeSwimming #SwimAze #Üzgüçülük














