Mühəndislik və texnologiyada yeni fürsətlər

158

Əziz 1-ci kurs tələbələri,

3 il sonra CV-nizdə nələrin yazılacağını bu gün verdiyiniz qərarlar müəyyən edəcək.

Əgər siz:

  • Texniki və ya təbiət elmləri sahəsində təhsil alırsınızsa,
  • ÜOMG göstəriciniz 81+, ingilis dili səviyyəniz minimum B2-dirsə,
  • Təkcə diplom deyil, real sənaye təcrübəsi qazanmaq istəyirsinizsə,
  • Azərbaycanın aparıcı mühəndis və texnologiya mütəxəssisləri ilə çalışmaq istəyirsinizsə,
  • Dünyanın ən nüfuzlu texniki universitetlərindən biri olan Münhen Texniki Universitetinin tədris yanaşması ilə inkişaf etmək istəyirsinizsə,

AZSET – AZCON Mühəndislik və Texnologiya Məktəbi sizin üçün yaradılıb.

AZCON Holding şirkətlərindən biri olan Bakı Gəmiqayırma Zavodu olaraq, ölkəmizin gələcək mühəndis və texnologiya mütəxəssislərinin yetişdirilməsinə töhfə verən bu təşəbbüsü xüsusi dəyərli hesab edirik. Çünki AZSET sadəcə bir təhsil proqramı deyil – bu, auditoriyadan sənayeyə, nəzəriyyədən real layihələrə, tələbəlikdən peşəkarlığa aparan inkişaf yoludur.

Azərbaycanın istedadlı gəncləri dünya səviyyəsində uğur qazana biləcək potensiala malikdir. AZSET isə həmin potensialı bilik, təcrübə və imkanlarla birləşdirən mühüm platformadır.

Bəlkə də gələcəyinizi formalaşdıracaq fürsət cəmi bir klik uzaqlığınızdadır.

Qeydiyyat linkdə 👇

#AZSET#AZCON#BakıGəmiqayırmaZavodu