Liviya sahillərində faciə

63

Liviyanın paytaxtı Tripolidən şərqdə yerləşən əl-Xums şəhərinin sahilində azı 15 miqrantın meyiti aşkarlanıb.

Denizxeber.az bildirir ki, Liviya Səhiyyə Nazirliyi meyitlərin açıq dənizdə boğulan miqrantlara aid olduğunu bildirib.

Son illərdə Liviya Afrikadan Avropaya qeyri-qanuni miqrasiya marşrutlarının əsas keçid nöqtələrindən birinə çevrilib. Daha yaxşı həyat şəraiti və təhlükəsizlik ümidi ilə minlərlə insan Aralıq dənizini keçməyə çalışır. Lakin bu marşrut dünyanın ən təhlükəli miqrasiya yollarından biri hesab olunur və hər il çoxsaylı insan ölümü ilə nəticələnir.

Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.