Bakının Xəzər rayonu, Zirə qəsəbəsinin Dübəndi yaşayış sahəsində dəniz sahilində neft qalıqları yığılıb.
Denizxeber.az bildirir ki, Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə sözügedən ərazidə neft qalıqlarının aşkar edilməsi barədə siqnal daxil olub.
Məlumatla əlaqədar dərhal hərəkətə keçən FHN-in Mülki Müdafiə Qoşunlarının və Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətinin şəxsi heyəti, həmçinin xüsusi texnikaları əraziyə cəlb olunub. Hazırda nazirliyin qüvvələri tərəfindən sahildəki neft qalıqlarının yığılması və ərazidən tamamilə kənarlaşdırılması istiqamətində operativ təmizləmə işləri həyata keçirilir.





