Yelkən idmanı üzrə dünya çempionatının həyəcanına start verilib. Azərbaycan Su İdman Növləri Federasiyasının təşkilatçılığı ilə yelkənçilərimiz Mərakeşin Tanjir şəhərində keçirilən “Optimist” sinfi üzrə Dünya Çempionatında ölkəmizi təmsil edirlər.
Denizxeber.az bildirir ki, mötəbər yarışda komandamızın heyətində 5 perspektivli idmançı yer alıb:
- Amira Bayramova
- Furkan Mustafayev
- Səma Mansurzadə
- Kamal Bəşirli
- Emel Məmmədli
Gənc idmançılarımız bu nüfuzlu birincilikdə qlobal rəqiblərinə qarşı ölkəmizin uğuru uğrunda dalğalarla mübarizə aparırlar.





