Dövlət Dəniz və Liman Agentliyinin kollektivi Dənizçi Günündə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib – FOTO

83

25 iyun – “Dənizçi günü” peşə bayramı münasibətilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) rəhbərliyi və kollektivi Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Denizxeber.az bildirir ki, Agentliyin əməkdaşları görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini ehtiramla anaraq məzarı üzərinə tər çiçəklər düzüblər.

Daha sonra Şəhidlər xiyabanını ziyarət edən dənizçilər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının, o cümlədən Birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış dənizçilərin xatirəsini yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.