Gəmidə keçən ömürlər: “Maritime Talks”un yeni buraxılışı dənizçilərin real həyatından bəhs edir – VIDEO

185

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə təsis edilən “Dənizçi günü” peşə bayramı artıq 13-cü ildir ki, respublika miqyasında təntənəli şəkildə qeyd olunur. Bu əlamətdar gün münasibətilə dənizçilik sahəsinin aktual mövzularını işıqlandıran “Maritime Talks” layihəsinin növbəti buraxılışı işıq üzü görüb.

Denizxeber.az bildirir ki, layihənin bu dəfəki buraxılışı rəmzi olaraq “Dalğalarda yazılan hekayələr” mövzusuna həsr edilib.

Verilişin qonağı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Dəniz üzgüçülüyü əməliyyatları departamentinin Liman kapitanları şöbəsinin liman kapitanı Anar Əliyev olub.

Mövzu ilə bağlı öz peşəkar fikirlərini və təcrübəsini bölüşən Anar Əliyev dənizçilik sənətinin görünməyən tərəflərinə toxunub.