Denizxeber.az seanews.az-a istinadən bildirir ki, Xəzər dənizinin mavi sularından dünya okeanlarının nəhəng dalğalarınadək uzanan çətin və şərəfli yolda ölkəmizin üçrəngli bayrağını qürurla dalğalandıran bütün dənizçilərimizi və dəniz nəqliyyatı sahəsində çalışan hər bir fədakar əməkdaşı peşə bayramı münasibətilə ürəkdən təbrik edirik!
Gəmi sürücülərindən tutun mexaniklərə, liman işçilərindən loqistika mütəxəssislərinədək hər kəsin bu böyük zəncirdə əvəzsiz rolu var. Beynəlxalq ticarətin, yükdaşımaların və dəniz sənayesinin fasiləsizliyini təmin edən bu fədakar insanların əməyi hər cür təqdirə layiqdir.





