Əslən Xızı rayonunun Xanəgah kəndindən olan kapitan-alim Hacı Yaşarın həyat və dənizçilik yolu olduqca maraqlıdır. O, dünya okeanlarında uzun səfərlər edib, ekvatoru keçib və dənizlərin sirli dünyasına şahidlik edib.
Bu səfərlər zamanı okeanların möhtəşəm mənzərələri ilə yanaşı, dənizdə qarşılaşdığı çətinliklər, təhlükələr və unudulmaz hadisələr də onun həyatının bir parçasına çevrilib.
Denizxeber.az bildirir ki, bu dəfə Xızı TV-də Kapitan Hacı Yaşarın okeanlarda keçən həyat yoluna, gördüyü möcüzələrə və yaşadığı çətinliklərə birlikdə nəzər salırıq.





