BP Azərbaycan Xəzər dənizindəki obyektlərin potensialından maksimum istifadə etmək məqsədilə innovativ yanaşmaların tətbiqini davam etdirir. Komandalar Аzəri-Çıraq-Günəşli (AÇG) yatağının Dərinsulu Günəşli, Mərkəzi Azəri və Qərbi Çıraq ərazilərində yerləşən 10 quyuda gəmidən stimulyasiya əməliyyatlarını uğurla başa çatdırıb.
Denizxeber.az bildirir ki, ənənəvi olaraq qazma qurğuları vasitəsilə həyata keçirilən bu proses bu dəfə platformalarla yanaşı xidmət göstərən xüsusi təchiz olunmuş gəmi vasitəsilə icra olunub. Quyuların turşu ilə stimulasiyasını nəzərdə tutan bu effektiv metod quyuların icra göstəricilərinin yaxşılaşdırılmasına və dəniz əməliyyatlarında səmərəliliyin yüksəldilməsinə mühüm töhfə verib. Şirkət əməliyyatların uğurla tamamlanmasında əməyi olan bütün əməkdaşlara təşəkkürünü bildirib.





