Yanğın sönmək bilmədi, ABŞ dənizçiləri xəsarət aldı

79

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Indianapolis” gəmisinin göyərtəsində yanğın hadisəsi qeydə alınıb.

Denizxeber.az bildirir ki, ABŞ Hərbi Dəniz Qüvvələri İnstitutunun (USNI) yaydığı məlumata görə, hadisə nəticəsində heyət üzvlərindən yeddi dənizçi yüngül xəsarətlər alıb.

Hadisə iyunun 24-də gəmi lövbər salaraq limanda gözləyərkən, Floridada yerləşən Meyport (Mayport) hərbi-dəniz bazasında qeydə alınıb.

Alşma baş verən andan etibarən gəmi heyəti və bazanın yanğınsöndürmə briqadaları operativ şəkildə koordinasiyalı hərəkət edərək alovun genişlənməsinin qarşısını alıb və yanğını tam söndürüblər.

Tüstüdən zəhərlənən və yüngül xəsarət alan 7 dənizçi dərhal yaxınlıqdakı tibb müəssisəsinə yerləşdirilib. Onlara zəruri tibbi yardım göstərildikdən sonra hamısı ambulator müalicə üçün evə buraxılıb və xidmətlərini davam etdirmək üçün yenidən göyərtəyə qayıdıblar.

Hazırda hərbi mütəxəssislər tərəfindən gəminin göyərtəsində yanğının hansı texniki nasazlıq və ya səbəbdən baş verdiyi araşdırılır.