Azərbaycanın şəhər və rayonlarındakı çimərliklərdə dəniz suyunun təmizliyi ilboyu nəzarətdə saxlanılır.
Denizxeber.az bildirir ki, bu barədə “Sağlam radio”nun efirində Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin həkimi Ziyəddin Kazımov məlumat verib.
Onun sözlərinə görə, hər yıl may ayından sentyabrın sonunadək dəniz suyundan hər həftə nümunələr götürülərək laboratoriyada yoxlanılır. Suda həm mikrobioloji göstəricilər, həm də yoluxucu xəstəlik törədiciləri araşdırılır. Ehtiyac olduqda suyun tərkibində ağır metalların, neft məhsullarının və zərərli maddələrin olub-olmaması da yoxlanılır.
Ziyəddin Kazımov qeyd edib ki, analizlərin nəticələrinə əsasən çimərliklərin sanitariya vəziyyəti barədə yekun rəy hazırlanır.





