Amerikalı idmançı Sanqar boğazını uğurla üzüb keçdi

155

Amerikalı idmançı Rob Lea Yaponiyanın Honşu və Hokkaydo adaları arasındakı Sanqar boğazını üzərək keçməklə dünya idman tarixinə düşüb. 45 yaşlı idmançı güclü dəniz cərəyanları ilə tanınan 40 kilometrlik çətin məsafəni 11 saat 43 dəqiqə 35 saniyəyə qət edib.

Denizxeber.az bildirir ki, bu uğurla Rob Lea planetin həm açıq suda üzmək üzrə “Yeddi Okean” (dünyanın ən çətin 7 boğazı) çağırışını, həm də alpinizm üzrə “Yeddi Zirvə” (yeddi qitənin ən uca dağları) proqramını tamamlayan dünyada ilk şəxs olub.