Oman sahillərində üzən yük tankeri naməlum mərmi ilə vurulub. Hadisə nəticəsində gəmidə yanğın baş versə də, xoşbəxtlikdən ekipaj üzvləri arasında xəsarət alan olmayıb.
Denizxeber.az bildirir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) rəsmi məlumat yayıb. Bildirilib ki, dəniz insidenti Omanın Limah şəhərindən təxminən 8 kilometr şərq istiqamətində qeydə alınıb.
Cənuba doğru hərəkət edən tankerin sol bortu (liman tərəfi) naməlum bir mərmi ilə vurulub və bu zərbə nəticəsində gəmidə qəfil yanğın alovlanıb. Hadisənin hansı şəraitdə baş verdiyi və hücumun kimlər tərəfindən törədildiyi ilə bağlı beynəlxalq dəniz təhlükəsizliyi qurumları tərəfindən geniş araşdırma aparılır.





