“Zəngəzur” tankeri yenidən qlobal marşrutlara qayıdır – FOTO

72

Böyük Britaniya iyulun 7-də Rusiyaya qarşı sanksiyalar siyahısını yeniləyib.

Denizxeber.az bildirir ki, bu barədə məlumat krallığın rəsmi saytında dərc edilib. Yenilənən sənədə əsasən, “Zangazur” (“Zəngəzur” – red.) adlı neft tankeri artıq Böyük Britaniyanın sanksiyalar siyahısında yer almır.

“Ləğv rəsmi qərar qəbuletmə prosesindən sonra siyahıdan çıxarılmadır. Aşağıdakı qeyd ləğv edilib və artıq sadalanan sanksiyalara məruz qalmır”, – deyə mətndə qeyd olunub.

Bildirilib ki, tanker əvvəllər Rusiya mənşəli neft və neft məhsullarını sözügedən dövlətdən üçüncü ölkələrə daşıdığı üçün sanksiya siyahısına daxil edilmişdi.

Xatırladaq ki, “Zəngəzur” 2010-cu ildə inşa edilib və çəkisi 60 379 tondur. Gəmi hazırda Azərbaycan bayrağı altında üzür.