Çayın quruyan hissəsində qədim körpü yenidən üzə çıxıb

70

Macarıstanın paytaxtı Budapeştdə müşahidə olunan kəskin quraqlıq Dunay çayında suyun səviyyəsini kritik həddə endirərək uzun illər dəniz və çay dibində qalmış tarixi tikilinin qalıqlarını gün işığına çıxarıb.

Denizxeber.az bildirir ki, çayın suyunun azalması nəticəsində İkinci Dünya müharibəsi dövrünə aid müvəqqəti körpünün fraqmentləri görünməyə başlayıb. Yerli sakinlər və turistlər tərəfindən “kabus körpü” adlandırılan bu konstruksiya müharibənin son aylarında strateji nəqliyyat və yük daşımalarını təmin etmək məqsədilə inşa edilmişdi.

Mütəxəssislər bildirirlər ki, çay naviqasiyasına və hidroqrafik vəziyyətə birbaşa təsir edən bu cür anomal mənzərə yalnız uzunmüddətli və şiddətli quraqlıq zamanı müşahid olunur.

Hazırda dənizçi, tarix və fotoqrafiya həvəskarlarının axın etdiyi ərazidə alimlər qalıqların faktiki vəziyyətini sənədləşdirir, ekoloqlar isə şirin su hövzələrində suyun səviyyəsinin kəskin düşməsini qlobal iqlim dəyişikliklərinin növbəti təzahürü kimi qiymətləndirirlər.